Rusiya siyasi elitası hələ də  SSRİ-nin bərpası xülyası ilə yaşayır  - Natiq Cəfərli

18:16 29.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib.  “News1” kanalında çıxış edən Delyaqin ölkəmizə qarşı sərt addımlar atmağı zəruri sayıb. Üstəlik deputat Azərbaycanın neft sənayesinə zərbə endirilmə ehtimalını da dilə gətirib. Rusiya Dumasının bu üzvünün Azərbaycanla bağlı belə bir qıcıq sərgiləməsinin arxasında nə dayanır. Belə bir təhlükənin olması  nə dərəcədə realdır?

Vəziyyəti hafta .az-a şərh edən politoloq Natiq Cəfərli Rusiya Dövlət Dumasının komitə sədr müavininin rəsmi şəxs olaraq belə bir açıqlama verməsini Rusiyann aqoniya yaşamasnın tazahürü adlandırıb.

“Dövlət Dumasnın rəsmi şəxsinin belə bir açıqlama verməsi ondan xəbər verir ki, Rusiya getdikcə daha çox aqressivləşir. Çünki planları Ukraynada baş tutmur, özünü post-sovet məkanın arxasında görmür. Rusiya düşünürdü ki, hamı ondan qorxacaq və hamı onun  dedikləri ilə oturub- duracaq.  Lakin hətta Belarus belə öz qoşunlarının Ukraynada istifadə olunmasına müqavimət göstərir. Ən yaxın müttəfiqi olan Qazaxıstan da Ukraynaya yardımlar proqramı düzənlədi.  Bütün bunlarla yanaşı Azərbaycan da açıq və qəti  şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi, ona  yanacaq və digər yardımlar edir. Türkiyə Ukrayna üçün ən önəmli ölkələrdən birinə çevrilib.  Bütün bunları Rusiya həzm edə bilmir”.

N.Cəfərli qeyd edib ki, Rusiya siyasi elitası hələ də  SSRİ-nin bərpası xülyası xəstəliyi ilə yaşayır və müstəqil dövlətlərin olmasını qəbul edə bilmir.

“Rusiya “Ukrayna bataqlığı”na batdıqca daha çox aqressivləşir, ritorikalarını daha çox dəyişir.  Amma anlamalıdırlar ki, ən azı Azərbaycana və Türkiyəyəy qarşı belə bir ritorikadan istifadə etmək olmaz.  Bu gün Türkiyə Rusiya üçün hava uçuşları, ticarət dövriyyəsi baxımından və digər məsələləri nəzərə alsaq  çox önəmli ölkəyə çevrilib. Bütün bunları nəzərə alsaq, Rusiya rəsmilərinin bu cür sərsəm çıxışları qəbuledilməzdir”.

Politoloq hesab edir ki, Rusiya Dövlət Dumasının üzvünün  Azərbaycanın neft sənayesinə zərbə endirilməsi ehtimalından danşmasın növbəti məsuliyytsiz yanaşmadır. O, bildirib ki, Azərbaycanın neft infrastrukturu çox güclü şəkildə qorunur.

“ Yəqin ki, söhbət uzaqdan raket zərbələrinin təhdidindən gedir.  Amma hava hücumudan müdafiə qüvvələri bildiyimiz və ya bilmədiyimiz sistemlərlə çox yaxşı şəkildə qorunur”.